Kreml bu telefon zəngini AÇIQLADI

14:41 07.10.2025 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Kremlin sözçüsü Dmitri Peskov Azərbaycan və Rusiya prezidentləri İlham Əliyevlə Vladimir Putin arasında baş tutan telefon danışığını vacib adlandırıb.

Hafta.az xəbər verir ki, D.Peskov bu barədə brifinqdə danışıb. O bildirib ki, Prezident İlham Əliyev Vladimir Putini ad günü münasibətilə təbrik edib:

"Söhbət zamanı digər məsələlər də müzakirə edilib. Bu, çox vacibdir”. 

Xatırladaq ki, bu gün Prezident İlham Əliyev Rusiya lideri Vladimir Putinə zəng edib. Dövlət başçısı rusiyalı həmkarını doğum günü münasibətilə təbrik edib.